Qidalanma
Cəmi 30 qram yemək bəs edir... -
Qidalanma
484

Cəmi 30 qram yemək bəs edir... - Orqanizm üçün MÖCÜZƏ

Maqnezium çatışmazlığı iştahsızlıq, ürəkbulanma, qusma, saç tökülməsi, qəbizlik, yorğunluq və halsızlıq kimi problemlərə səbəb olur. Mütəxəssislər maqnezium çatışmazlığına qarşı xəbərdarlıq edir.

E-saglam.az xəbər verir ki, Türkiyənin tanınmış həkimi Osman Müftüoğlu maqneziumla zəngin qidaları sıralayıb.

Maqneziumla zəngin 10 qidanı təqdim edirik:

İspanaq: 1 stəkan ispanağın tərkibində 157 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 40 faizidir.

Pazı: 1 stəkan pazının tərkibində 154 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 38 faizidir.

Avokado: 1 orta ölçülü avokadonun tərkibində 58 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 15 faizidir.

Əncir: 1 orta ölçülü əncirin tərkibində 50 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 13 faizidir.

Qara lobya: 1/2 fincan qara lobyanın tərkibində 60 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 15 faizidir.

Tünd şokolad: 1 kvadrat tünd şokoladın tərkibində 95 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 24 faizidir.

Banan: 1 orta ölçülü bananın tərkibində 32 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 8 faizidir.

Qatıq və ya kefir: 1 stəkan qatığın tərkibində 50 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 13 faizidir.

Badam: 30 qram badamın tərkibində 8 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 20 faizidir.

Balqabaq toxumu: 1/8 fincan balqabaq toxumunun tərkibində 92 mq. maqnezium var. Bu, gündəlik ehtiyacın 23 faizidir.

Tərcümə: Musavat.com

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun