Tibbi xəbərlər
Çində COVID-19 yenidən yayıldı
Tibbi xəbərlər
30

Çində COVID-19 yenidən yayıldı

Çinin İnkou şəhərində COVID-19-a iki yoluxma aşkar edilib.

E-saglam.az xəbər verir ki, bu barədə Gigiyena və Səhiyyə məsələləri üzrə şəhər komitəsi məlumat yayıb.

Məlumata görə, şəhərdə koronavirusa daha üç simptomsuz yoluxma aşkarlanıb.

Qeyd edilir ki, virusun aşkarlandığı şəhərin əhalisi təxminən 2,3 milyon nəfər təşkil edir.

Bütün yoluxanlar bir müəssisənin əməkdaşlarıdır. İnkou sakinlərinə ciddi zərurət olmadan şəhəri tərk etməmək məsləhət görülüb. İnkounun hakimiyyət orqanları şəhərdən çıxışı dayandırıb.

Qeyd edilir ki, hazırda 217 nəfər karantinə alınıb./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun