Tibbi xəbərlər
Çində işə getmək istəməyənləri müalicə etmək üçün
Tibbi xəbərlər
79

Çində işə getmək istəməyənləri müalicə etmək üçün yeni klinika açıldı

Çində maraqlı və qeyri-adi məqsədlə fəaliyyətə başlayan bir klinika diqqət çəkib.

E-saglam.az xəbər verir ki,bu tibbi mərkəz, gündəlik iş həyatına qarşı güclü antipatiya hiss edən, peşəkar tükənmişlik yaşayan və işini mənasız hesab edən insanlara psixoloji dəstək göstərmək üçün yaradılıb.

Klinika İnteqrasiya edilmiş Ənənəvi Çin və Qərb Tibb Xəstəxanasının təşəbbüsü ilə fəaliyyətə başlayıb. Burada həm ənənəvi Çin təbabəti, həm də müasir Qərb psixoterapiya üsulları tətbiq edilir.

Mərkəzin əsas məqsədi – son illərdə sürətlə yayılan və "emosional iflas", "motivasiya itkisi", "müasir iş həyatına adaptasiya problemləri" kimi simptomlarla özünü göstərən vəziyyətlərlə mübarizə aparmaqdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə gənc nəslin bir hissəsində iş həyatına qarşı mənfi yanaşma, tükənmişlik hissi və sosial təzyiqə dözümsüzlük halları artır.

Bu klinika pasiyentlərə fərdi yanaşma ilə psixoloji və fiziki bərpa proqramları təqdim edir. Sessiyalar çərçivəsində akupunktura, fitoterapiya, relaksasiya məşqləri, eləcə də danışıq terapiləri keçirilir. Eyni zamanda, pasiyentlərə iş həyatında motivasiyanı artırmaq və balanslı gündəlik rejim qurmaq üçün tövsiyələr verilir.

Mütəxəssislər qeyd edirlər ki, bu cür klinikalar müasir dövrdə getdikcə daha vacib hala gəlir, çünki təzyiqli iş mühitləri, rəqabət, uzun iş saatlarısosial təcrid halları psixi sağlamlığa ciddi təsir göstərir.

Çin mediası bu təşəbbüsü yeni nəsil problemlərə uyğunlaşmış fərqli bir səhiyyə modeli kimi qiymətləndirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun