Tibbi xəbərlər
Cinsi sağlamlığı qorumaq üçün
Tibbi xəbərlər
90

Cinsi sağlamlığı qorumaq üçün əsas gigiyena qaydaları

Seksoloq Tamara Martinez Farinos cinsi sağlamlığı qorumağın yolları barədə səkkiz əsas gigiyena qaydasını bölüşüb. Onun sözlərinə görə, gündəlik gigiyenik vərdişlər bu sahədə sağlamlığın qorunmasında mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, Farinos vurğulayır ki, cinsiyyət orqanlarının hər gün yuyulması vacibdir. Eyni zamanda, ətirli sabunlardan istifadə etməmək və yalnız təbii pambıqdan hazırlanan alt paltarlara üstünlük vermək tövsiyə olunur. Bu, dərinin hava almasına və qıcıqlanmanın qarşısının alınmasına kömək edir.

Mütəxəssis qeyd edir ki, qasıq nahiyəsindəki tüklər qoruyucu funksiyaya malikdir, ona görə də onların tamamilə təmizlənməsi məsləhət görülmür. Cinsi əlaqə zamanı isə prezervativdən istifadə mütləqdir.

Farinosun digər tövsiyələri arasında bunlar da var: cinsi münasibətə başlamazdan əvvəl əlləri və dişləri yumaq, anal əlaqədən sonra gigiyenaya riayət etmədən vaginaya keçid etməmək və ildə ən azı bir dəfə tibbi müayinədən keçmək.

Bu sadə qaydalarla həm cinsi, həm də ümumi sağlamlığın qorunması mümkündür.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun