Tibbi xəbərlər
Türkiyə birkomponentli vaksinlərlə peyvəndlənənləri qəbul etməyəcək
Tibbi xəbərlər
271

Türkiyə birkomponentli vaksinlərlə peyvəndlənənləri qəbul etməyəcək

Birkomponentli vaksinlər, o cümlədən “Sputnik Light” ilə peyvəndlənmiş şəxslərin Türkiyəyə girişinə icazə verilmir.

E-saglam.az RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, 2 doza peyvənd olunmuş və ikinci dozadan sonra 14 günlük karantin müddətini başa vurmuş şəxslər tam peyvəndləmə haqqında sertifikat təqdim edə bilərlər:

"Bundan başqa, COVID-19-a yoluxan şəxslər də 6 ay ərzində xəstəliyi keçirdikləri haqqında arayış təqdim edə bilərlər. Bu halda sözügedən şəxslərdən PCR testin və ekspress antigen testinin neqativ nəticəsi tələb olunmayacaq. Bir doza ilə peyvəndləmə isə qəbul edilmir”, - nazirlikdən bildiriblər./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun