Tibbi xəbərlər
CNN vaksin vurdurmayan əməkdaşlarını İŞDƏN QOVDU
Tibbi xəbərlər
189

CNN vaksin vurdurmayan əməkdaşlarını İŞDƏN QOVDU

CNN telekanalının rəhbərliyi koronavirusa qarşı vaksin olunmadan ofisə gələn üç işçisi ilə müqaviləyə xitam verib.

TASS agentliyi xəbər verir ki, bu barədə telekanalın jurnalisti Oliver Darsi CNN-nin prezidenti Ceff Sukerə istinadən məlumat yayıb.

“Ötən həftə öyrəndik ki, üç işçimiz peyvənd edilmədən ofisə gəlib. Onların hər üçü işdən azad edildi. Bu mövzuda siyasətimizi sıfır tolerantlıq üzərində qurduğumuzu açıq şəkildə bəyan edirik”, - deyə CNN-nin prezidenti daxili yazışmada əməkdaşlarına xəbərdarlıq edərkən vurğulayıb./Oxu.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun