Tibbi xəbərlər
COVID-19 pasportu olmayan 2 mindən çox şəxs toya buraxılmadı
Tibbi xəbərlər
142

COVID-19 pasportu olmayan 2 mindən çox şəxs toya buraxılmadı

Dünən Bakıda COVID-19 pasportu olmayan 2 mindən çox şəxs toya buraxılmayıb.

E-saglam.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 26-da Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

- 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 2218 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun