Tibbi xəbərlər
COVİD-19 pasportu olmayan 2461 nəfər ŞƏNLİKLƏRƏ BURAXILMADI
Tibbi xəbərlər
223

COVİD-19 pasportu olmayan 2461 nəfər ŞƏNLİKLƏRƏ BURAXILMADI

İyulun 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 289 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən E-saglam.az-a verilən xəbərə görə, monitorinqlər 225 şadlıq sarayında, 64 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Keçirilən monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

84 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;

2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

2461 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun