Qidalanma
Daha yaxşı arıqladan pəhriz bəlli oldu
Qidalanma
270

Daha yaxşı arıqladan pəhriz bəlli oldu

Arıqlamaq üçün veqan pəhrizi Aralıq dənizi pəhrizindən daha yaxşıdır.

E-saglam.az-ın xəbərinə görə, bu barədə "Frontiers in Nutrition" nəşri məlumat yayıb.

Alimlər müəyyən ediblər ki, az yağlı veqan pəhrizinə riayət etmək iltihaba səbəb olan zərərli maddələrin səviyyəsini 73% azaldır. Bu maddələr bədənə qida, əsasən də heyvan mənşəli məhsullarla daxil ola bilər.

Yağlı qidaların istiliklə emalı da belə maddələrin əmələ gəlməsinə səbəb olur. Bu maddələrin artıqlığı sistematik iltihab, piylənmə, 2-ci tip diabet və ürək xəstəliyi riskinin artması ilə əlaqələndirilir.

Veqan pəhrizində olanlar 16 həftə ərzində orta hesabla 6 kiloqram arıqlayırlar.(Oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun