Xəstəliklər
Delta ştamı COVID-19-a qarşı vaksinlərin effektivliyini aşağı salır
Xəstəliklər
222

Delta ştamı COVID-19-a qarşı vaksinlərin effektivliyini aşağı salır

Delta ştamının yayılması COVID-19-a qarşı mövcud vaksinlərin effektivliyini aşağı salır.

E-saglam.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.

İngiltərədə 98 min nəfərin iştirak etdiyi və 24 iyun-12 iyul tarixləri arasında aparılmış araşdırmanın nəticələrinə görə, vaksinlərin koronavirus infeksiyasına yoluxmaya qarşı effektivliyi 49 %-ə enib. Bir ay öncə isə bu göstərici 64 % təşkil edib.

“Bloomberg” agentliyi məlumat verir ki, alimlər koronavirusun delta ştamının yayılmasına qarşı mübarizə üçün yeni vaksinlərə ehtiyac olacağını güman edirlər./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun