Xəstəliklər
Diabetik anaların uşaqlarında hansı problemlər yarana bilər?
Xəstəliklər
237

Diabetik anaların uşaqlarında hansı problemlər yarana bilər?

Diabetik anaların uşaqlarında hansı problemlər yarana bilər?

E-saglam.az-a danışan uşaq endokrinoloqu, Dr. Samirə Nəsibova deyir ki, körpə çəkisinin 4000 qramdan çox olması halında makrosomiya (hestasiya həftəsinə görə iri çəkili uşaq) problemindən bəhs edilir: "Doğuşlarda makrosomiya ehtimalı 2-8 faiz təşkil edərkən, diabetik anaların körpələrində bu ehtimal 26 faizə qədər çıxa bilir.

Makrosomiyada beyin və böyrəklər xaricindəki bütün orqanlar böyükdür. Böyük körpənin doğuş əsnasında bir çox problemlə qarşılaşması təbiidir. Ən çox görünən problemlər doğuş travmalarıdır. Makrosomiya olan körpələr çox zaman 1 yaşın tamamında yaşıdlarıyla eyni çəkidə olurlar, ancaq bu uşaqların 5-8 yaşdan sonra artıq çəki və piylənmə riski artır".

Aparılan araşdırılmalara görə, hamiləlik dövründə qan şəkəri nə qədər yüksək olarsa makrosomiya olma ehtimalı da o qədər yüksəkdir. Xüsusilə 20-30-cu həftələr arasında qan şəkərinin nəzarətdə saxlanılması makrosomiya riskini azaldır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun