Tibbi xəbərlər
Diş qıcırtılarından qurtulmağın
Tibbi xəbərlər
224

Diş qıcırtılarından qurtulmağın ən təsirli yolları məlum olub

Britaniyalı stomatoloq Sahil Patel diş qıcırtısı (bruksizm) ilə mübarizədə ən effektiv üsulları açıqlayıb.

E-saglam.az xəbər verir ki, "Metro" nəşrinin yazdığına görə, bu vərdiş yalnız dişlərə deyil, həm də baş, üz, boyun və çiyinlərdə ağrılara, eləcə də çənə oynağı pozuntularına (TMJ) səbəb ola bilər.

Həkimin sözlərinə görə, bruksizm çənə əzələlərinin həddindən artıq yüklənməsinə, nəticədə dişlərin sürətlə aşınmasına və qırılmasına gətirib çıxarır. Bu problemin qarşısını almaq üçün o, dişlər arasında təması azaldan xüsusi gecə qoruyucularının (mouth guard) istifadəsini tövsiyə edir.

Kosmetoloq Natalya Andreeva isə çeynəmə əzələlərini rahatlaşdırmaq məqsədilə botoks inyeksiyalarını məsləhət görür. Onun fikrincə, bu prosedur çənə sıxılmasını azaldaraq nə çeynəməyə, nə də danışmağa mane olur. Botoks eyni zamanda baş ağrılarının intensivliyini azaldır, yuxunu və ümumi həyat keyfiyyətini yaxşılaşdırır.

Andreevanın sözlərinə görə, prosedurun təsiri fərddən asılı olaraq 3-6 ay davam edir və bu müddətdən sonra təkrarlanması tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun