Həkim Aleksandr Myasnikov sosial şəbəkələrdə duzun nə olduğunu və onun insan sağlamlığına necə təsir etdiyini ətraflı izah edib.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, həddindən artıq natrium hipertoniya və xərçəng kimi ciddi xəstəliklərə səbəb ola bilər: "Ancaq bədən onsuz mövcud ola bilməz. Natrium çatışmazlığı fəlakətli nəticələrə səbəb ola bilər.
Müasir həyat tərzi və hazır məhsulların istehlakı rusların tövsiyə olunan duz normasından iki dəfə çox istehlak etməsinə səbəb oldu. Orta hesabla optimal miqdar 5-6 qr təşkil edir.
Bununla belə, həddindən artıq sərt pəhriz də təhlükəli nəticələrə səbəb ola bilər. Natrium səviyyəsinin müəyyən həddən aşağı salınması ağır nevroloji simptomlara, qıcolmalara, ekstremal hallarda isə hətta şüurun itirilməsinə və ölümə səbəb olur.
Bədəndə sağlam tarazlığı qorumaq üçün mülayimliyə riayət etmək lazımdır. Qeyd etmək lazımdır ki, duzun təxminən 80%-i bədənə masanın üstündəki duz qabından deyil, satın alınan məhsullar vasitəsilə daxil olur. Bunlar, məsələn, çörək, kolbasa, şorbalardır".
Doktor Myasnikov hazır məhsullarda elementin tərkibinə diqqət yetirməyi və alternativləri seçməyə çalışmağı məsləhət görür.
Tərcümə: Könül Oruc