Faydalı
Donuz ətini iyləmək beyin fəaliyyətini yaxşılaşdırır -
Faydalı
388

Donuz ətini iyləmək beyin fəaliyyətini yaxşılaşdırır - Mütəxəssislər

Donuz qoxusu beyin funksiyasını stimullaşdırır və əhval-ruhiyyəni yaxşılaşdırır.

E-saglam.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Materialın müəlliflərinin istinad etdiyi ekspertlərin fikrincə, bekonda beyin hüceyrələrinin fəaliyyətini oyandıran 150-ə qədər ətir ola bilər. Bu qoxunun özü iybilmə, diqqət, yaddaş və məlumatı emal etmək qabiliyyətini yaxşılaşdırır. Bundan əlavə, serotonin və dopamin istehsalını təşviq etdiyi üçün əhval-ruhiyyəni yaxşılaşdırır.

Elmi eksperimentin müəlliflərindən biri, Lissabon Universitetinin professoru Hugo Alexandre Ferreira bütün bu üstünlüklərə baxmayaraq, donuzdan sui-istifadə edilməməsi lazım olduğuna diqqət çəkib. O izah edib ki, bu məhsul yalnız ölçülü və balanslaşdırılmış pəhrizin bir hissəsi kimi istehlak edildikdə fayda verir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun