Tibbi xəbərlər
1 doza peyvənddən sonra yoluxanların vaksinasiyasıyla bağlı - TƏBİB-dən açıqlama
Tibbi xəbərlər
228

1 doza peyvənddən sonra yoluxanların vaksinasiyasıyla bağlı - TƏBİB-dən açıqlama

TƏBİB 1-ci doza vaksin vurdurduqdan sonra COVID-19-a yoluxanların vaksinasiya məsələsinə aydınlıq gətirib.

E-saglam.az-ın məlumatına görə, TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış APA-ya bildirib ki, 1-ci dozanı vurdurduqdan sonra "COVID-19"-a yoluxan və portala qeydiyyata düşən şəxsdə immunitet sertifikatı formalaşır.

O qeyd edib ki, 6 aydan sonra bir doza vaksin vurdurub immunitet sertifikatının vaxtı uzadıla bilər:

"Lakin iki dozalıq vaksin əldə edə bilmirlər, çünki xəstəlikdən öncə vurulan vaksin 56 günü keçdiyi üçün yetərli deyil. 6 aydan sonra ya təkrar 2 doza vurdurub vaksin sertifikatı alınmalı və ya 1 doza vurdurub immun sertfikatının vaxtı uzadılmalıdır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun