Tibbi xəbərlər
DST: Koronavirusa qarşı dərmanların böyük əksəriyyəti zəngin ölkələrin əlindədir
Tibbi xəbərlər
70

DST: Koronavirusa qarşı dərmanların böyük əksəriyyəti zəngin ölkələrin əlindədir

Bu gün az və orta gəlirə malik ölkələrin payına koronavirusa qarşı mövcud peyvənd dərmanları ehtiyatının cəmi 17 faizi düşür.

E-saglam.az report-a istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədə keçirdikləri COVID-19 Qlobal Tədqiqatlar və İnovasiyalar Forumunda bildirib.

“Ən zəngin ölkələr dərmanların 83 faizini əldə edib. Halbuki dünya əhalisinin yarısından çoxunun yaşadığı orta və az gəlirə malik ölkələrə vur-tut 17 faizi çatıb” – deyən təşkilat rəhbəri COVAX mexanizmi və başqa dünya miqyaslı təşəbbüslər çərçivəsində yol verilən qeyri-bərabərlik problemini aradan qaldırmaq üçün əllərindən gələni etməyə çalışdıqlarını da dilə gətirib

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun