Monqolustanda heyvanın koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
E-saglam.az xarici mediaya istinadla bildirir ki, bu barədə ölkənin veterinar xidmət baş idarəsinin eksperti Adiyasuren Tuvşinbayar məlumat verib.
Onun sözlərinə görə, Ötən ay, Ulan-Bator Ətraf mühit idarəsinin nəzdində bir damazlıq mərkəzində saxlanılan iki qunduz müəmmalı şəraitdə ölüb.
Ekspert deyib ki, laboratoriya testi nəticəsində heyvanların ölümünə COVID-19-un səbəb olduğu müəyyənləşdirilib.
Tuşinbayar əlavə edib ki, mərkəzdəki daha 7 qunduzda “Delta” ştammının əlamətləri aşkar olunub. /Lent.az/