Xəbərlər
Dünyanın ən uzunömürlü sakini vəfat edib
Xəbərlər
267

Dünyanın ən uzunömürlü sakini vəfat edib

İspaniyada yaşayan dünyanın ən yaşlı insanı, ABŞ-də doğulmuş və iki dünya müharibəsi, İspaniya vətəndaş müharibəsi, 1918-ci il qrip pandemiyası və COVID-19 pandemiyasının şahidi olmuş Mariya Branyas Morera 117 yaşında vəfat edib.

E-saglam.az xəbər verir ki, bu barədə onun ailəsi "X" sosial şəbəkəsində məlumat verib.

"Mariya Branyas bizi tərk etdi. O, istədiyi kimi, yəni yuxuda və heç bir ağrı çəkmədən vəfat edib", - məlumatda bildirilib.

Branyasın ölümündən sonra dünyanın ən yaşlı insanı 23 may 1908-ci ildə anadan olmuş yapon qadın Tomiko İtukadır. Hazırda onun 116 yaşı var.(Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun