Sağlamlıq
Duz təzyiqi artırırmı? Sağlam insan nə qədər
Sağlamlıq
268

Duz təzyiqi artırırmı? Sağlam insan nə qədər duz qəbul etməlidir?

Duzun sağlamlığa təsiri uzun illərdir müzakirə olunur. Bəziləri onun zərərli olduğunu düşünsə də, mütəxəssislər düzgün miqdarda qəbul edildikdə duzun orqanizm üçün vacib olduğunu bildirirlər.

E-saglam.az xəbər verir ki, təbii qaya duzu tərkibindəki minerallarla beyin funksiyalarını, sinir ötürülməsini və əzələ fəaliyyətini dəstəkləyir. Natrium və xlorid hüceyrə balansını qoruyur, həzm sisteminə, böyrəklərə və ürəyə müsbət təsir göstərir.

Qan təzyiqi məsələsində isə mütəxəssislər bildirirlər ki, əsas təhlükə duz deyil, şəkərdir. Şəkər damarları daraldaraq təzyiqi yüksəldir. Duz yalnız həddindən artıq istifadə olunduqda bədəndə maye toplanmasına səbəb ola bilər.

Gündəlik qəbul üçün təklif edilən maksimum miqdar bir çay qaşığıdır. Xüsusilə idmanla məşğul olan və çox tərləyən şəxslər duz qəbuluna diqqət yetirməlidirlər. Ən sağlam seçim isə qatqısız, təbii qaya duzudur.

Yekunda duz orqanizmin normal fəaliyyəti üçün zəruridir, lakin balanslı və fərdi ehtiyaclara uyğun şəkildə qəbul edilməlidir. Xüsusi sağlamlıq problemi olanlar isə həkimlə məsləhətləşməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun