Qidalanma
Əhval-ruhiyyəni yaxşılaşdıran qidalar hansılardır?
Qidalanma
312

Əhval-ruhiyyəni yaxşılaşdıran qidalar hansılardır?

"Tərkibində şəkər, duz və yağ olduğuna görə istənilən şirniyyat insanın psixo-emosional vəziyyətini yaxşılaşdırır".

E-saglam.az xəbər verir ki, bunu rusiyalı diyetoloq Mixail Ginzburg bədəndə sevinc hormonunu artıraraq əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən qida qruplarını sadalayarkən deyib.

Mütəxəssis qeyd edib ki, həmçinin giləmeyvələr də əhval-ruhiyyəyə müsbət təsir göstərir. Onlar qan damarlarının vəziyyətinə faydalı təsir göstərir və orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır.

Bundan əlavə, Ginzburqun sözlərinə görə, qoz-fındıqların tərkibində narahatlıq hissini nəzarət altında saxlamağa kömək edən çoxlu miqdarda omeqa-3 yağ turşuları var, qurudulmuş meyvələrdə isə çoxlu miqdarda flavonoid var.

Diyetoloq əlavə edib ki, ədviyyatlar və kakao da həmçinin dofamin istehsalını stimullaşdırır.

Mənbə: pravda.ru /Oxu.Az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun