Tibbi xəbərlər
Elşad Hacıyev: "Toylarda aparılan monitorinqlər zamanı 38 nəfər həbs edilib"
Tibbi xəbərlər
129

Elşad Hacıyev: "Toylarda aparılan monitorinqlər zamanı 38 nəfər həbs edilib"

“Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi. Bütün qaydalar olduğu kimi saxlanıldı”.

E-saglam.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədrisin başlaması üçün hər kəs qaydalara əməl etməlidir:

“Dövlətin işini çətinləşdirməməliyik. Toy, nişan, ad günü mərasimlərinin təşkili ilə bağlı monitorinqlər bu gün də davam etdirilir. İyulun 1-dən bu günə qədər 4 865 toy şənliyinin monitorinqi həyata keçirilib. Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 46 899 nəfərin COVID-19 pasportu olmayıb. Onlar arasında xəstələr də olub”

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun