Xəbərlər
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat etdi
Xəbərlər
745

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat etdi

Bu gün sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.

E-saglam.az xəbər verir ki, bu barədə incəsənət xadiminin qızı Aysel Ziyadxanlı məlumat yayıb.

Xatırladaq ki, Ziyadxan Əliyev Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı kimi tanınırdı. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə, o, 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun