Xəstəliklər
Ənsə ağrısının səbəbi YÜKSƏK TƏZYİQ ola bilər
Xəstəliklər
296

Ənsə ağrısının səbəbi YÜKSƏK TƏZYİQ ola bilər

Ənsə ağrısının səbəbi yüksək təzyiq ola bilər.

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-terapevt Arzu Alxasova bildirib. 

Onun sözlərinə görə, yüksək təzyiq boyunda ağrılara səbəb olan bir vəziyyətdir və vaxt itirmədən mütəxəssis həkimə müraciət edilməlidir.

Yüksək qan təzyiqini göstərən boyun ağrısının simptomları:

- Ənsədən başlayaraq başa doğru irəliləyir,
- Ağrı bölgəsində masaj ehtiyacı,
- Qulaqlarda ağrı və cingilti.

Həkim qeyd edib ki, bu əlamətlərlə proqressivləşən ağrı müşahidə olunarsa, kardioloq və nefroloqa müraciət edilməlidir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun