Xəbərlər
Ermənistanda havanın çirklənmə səviyyəsi
Xəbərlər
248

Ermənistanda havanın çirklənmə səviyyəsi müvafiq normanı ötüb

Ermənistanın paytaxtı İrəvanın bəzi rayonlarında bir neçə gün ərzində havanın çirklənməsinin səviyyəsi yol verilən normanı keçib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat yayıb.

"Mərkəz avqustun 15-dən avqustun 21-dək havanın keyfiyyətinin monitorinqini həyata keçirib. Avqustun 15-də Kentron və Şenqavit inzibati rayonlarında, avqustun 21-də isə Ərəbkirdə havadakı tozun konsentrasiyası icazə verilən normanı keçib", - məlumatda deyilir.

O da qeyd olunur ki, avqustun 15, 17 və 20-də Nor-Nork rayonunda havada kükürd qazının konsentrasiyası da normadan artıq olub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun