Xəbərlər
Ətin qiyməti
Xəbərlər
481

Ətin qiyməti QALXDI

Toy mövsümünün başlaması ilə ətin qiymətində artım müşahidə olunur.

Alıcılar da qiymətin artdığını bildirirlər. Satıcılar bildirir ki, qiymətin artmasının əsas səbəblərindən biri də mal-qara üçün nəzərdə tutulmuş yem və dərman məhsullarının bahalaşmasıdır.

E-saglam.az xəbər verir ki, alıcılardan biri qiymət artımı ilə bağlı Baku TV-yə danışıb: "20 manata ət olar? Kasıb nə etsin, acından ölsün? Əvvəl ətin qiyməti 15-16 manat idi, indi 20 manat olub. Qiymətlər hər gün artır. Kasıb ət yeməli deyil?".

Satıcı Elçin Həşimov isə deyir ki, dana əti hazırda 15 - 15,50 manat arasında dəyişir: "Quzu əti isə 19-21 manat arasındadır. Mal-qara üçün yem, ot qiymətləri yüksəldiyinə görə, istər-istəməz ətin qiyməti qalxır. Alıcı qüvvəsi zəifdir".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun