Qidalanma
Faydalı bildiyiniz kefirin bəzi insanlar üçün
Qidalanma
626

Faydalı bildiyiniz kefirin bəzi insanlar üçün təhlükəsi varmış

Diyetoloq, PhD Andrey Bobrovski kefirin təhlükələrinə diqqət çəkdi.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu məhsulda serotonin və melatonini sintez edən triptofan amin turşusu var. Bu, bəzi insanların orqanizmində turşuluğun artmasına səbəb ola bilər.

"Həssas insanlarda həm kefir, həm də digər qıcqırdılmış süd məhsullarının qəbulu müvafiq olaraq turşuluğun bir qədər artmasına və mədə yanmasına səbəb ola bilər. Amma bu, hər kəsə aid deyil. "Bəzi insanlar üçün, əksinə, kefir istirahətə səbəb olur", - diyetoloq müsahibəsində bildirib.

O qeyd etdi ki, qastrit ilə kefirin yağ tərkibinə baxmaq vacibdir, xüsusən də müntəzəm gəyirmə varsa, bu, vəziyyəti daha da pisləşdirə bilər.

Həmçinin bildirdi ki, soyuq yemək spazmlara səbəb ola bilər, ədviyyatlı və turş yeməklər isə ağrıları artıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun