Fransız həkim və televiziya aparıcısı Mişel Saymes öz “qara siyahısı”nı açıqlayaraq, heç vaxt yemədiyi iki emal olunmuş məhsulu sadalayıb.
E-saglam.az-ın məlumatına görə, onun sözlərinə görə, bu məhsulların tərkibi əlavələrlə yüklənib və uzunmüddətli sağlamlıq üçün ciddi risk yaradır.
Birinci məhsul supermarketlərdə satılan hazır desert pudinqləri və kremlərdir. Onlar dadlı görünsə də, çoxlu qatılaşdırıcı, rəng və dadvericilər ehtiva edir. İkinci məhsul isə qablaşdırılmış südlü çörəklər, kruvasanlar və oxşar xəmir məhsullarıdır. Bu qidalar raf ömrünü uzatmaq üçün çoxlu kimyəvi əlavələrlə hazırlanır və piylənmə, metabolik pozğunluqlar kimi problemlərlə əlaqələndirilir.
Saymes sağlam qalmağın ən yaxşı yolunun mətbəxə qayıdıb yeməkləri təzə inqrediyentlərlə evdə hazırlamaq olduğunu vurğulayır. Onun fikrincə, evdə bişirilən yemək həm dadlı, həm də sağlamdır, çünki insan nə yediyinə tam nəzarət edir.
Tərcümə: Könül Oruc