Qidalanma
Göbələklərdən kimlər imtina etməlidirlər? -
Qidalanma
249

Göbələklərdən kimlər imtina etməlidirlər? - Mütəxəssis izah edir

"Tərkibində xitinin olduğu üçün uşaqlar və mədə-bağırsaq xəstəlikləri olan insanlar göbələk yeməməlidirlər".

E-saglam.az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı mütəxəssis Qalina Volkova xəbərdarlıq edib.

Terapevt həkim xitinin pis həzm olunan maddə olduğuna diqqət çəkib.

"Müvafiq olaraq, mədə-bağırsaq xəstəlikləri (xüsusilə kəskinləşmə mərhələsində) olan insanlara göbələk yemək məsləhət görülmür. Həmçinin allergiyası olanlara və uşaqlara da göbələk istehlakı tövsiyə edilmir", - deyə mütəxəssis bildirib.

Volkovanın sözlərinə görə, uşaqların qidasına göbələkləri böyüdükcə daxil etmək lazımdır. Əgər uşaqları qəfildən belə məhsullarla qidalandırmağa başlasaq, xitin onların digər qida maddələrini mənimsəməsini çətinləşdirə bilər. (Oxu.Az) 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun