Xəbərlər
Göygöldə əqrəb sancan müəllim ölüb
Xəbərlər
298

Göygöldə əqrəb sancan müəllim ölüb

Göygöl sakinini əqrəb sancıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədovu sentyabrın əvvəllində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb.

İki gün sonra halı pisləşən Adil Məmmədov xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnindən dərs deyirmiş.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun