Tibbi xəbərlər
Gözlərinizdə uçuşan cisimləri gördükdə
Tibbi xəbərlər
98

Gözlərinizdə uçuşan cisimləri gördükdə bu 3 şeyi edin

Gözünüzdə birdən-birə görünən, havada süzülən kiçik ləkələr və ya sapabənzər formalar... İnsanların çoxu həyatında ən azı bir dəfə bu görüntülərlə qarşılaşıb.

E-saglam.az-ın məlumatına görə, tibbdə “göz üzənləri” (floaters) adlanan bu hal adətən zərərsiz olsa da, bəzən ciddi göz xəstəliklərinin əlaməti ola bilər.

Bir nöqtəyə baxdığınızda və ya parlaq bir səthə çevrildiyinizdə ortaya çıxan bu şəffaf saplar və ya ləkələr, gözün içindəki geləbənzər maddə olan şüşəvari cisimdəki kiçik dəyişikliklərdən qaynaqlanır. Göz sağlamlığı mütəxəssisləri bildirir ki, bu vəziyyət qəfil və sıx şəkildə baş verərsə, diqqət tələb edir.

1. Panik etməyin və gözlərinizi dincəldin

Üzənlərin çoxu göz hərəkəti ilə yerini dəyişir və tezliklə görünməz olur. Panikaya düşmək əvəzinə gözlərinizi bir müddət dincəltmək bu təsiri azalda bilər.

2. Sürətli göz hərəkətləri edin

Gözlərinizi yuxarı-aşağı və ya sağa-sola sürətli, amma idarəli hərəkət etdirmək hissəciklərin vitreus daxilində sürüşməsinə kömək edir. Bu, görmə sahəsini müvəqqəti təmizləyə bilər.

3. Parlaq işıqdan uzaqlaşın

Güclü işıq üzənləri daha nəzərə çarpır. Daha az işıqlı mühitə keçmək və ya gözlərinizi yumşaq şəkildə yummaq rahatlama verə bilər.

Həkimə nə vaxt müraciət etməli?

Əgər üzənlər qəfil yaranır, sayı sürətlə artır və ya işıq çaxması ilə müşayiət olunursa, bu, tor qişa qopması və digər ciddi göz problemlərinin əlaməti ola bilər. Belə halda dərhal oftalmoloqa müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun