Faydalı
Gündə nə qədər su içmək lazımdır?
Faydalı
2112

Gündə nə qədər su içmək lazımdır? - Çəkinizə uyğun sadə formul

Fitness məşqçisi Anita Lutsenko maddələr mübadiləsini normal saxlamaq üçün nə qədər su içməli olduğunuzu izah edib.

E-saglam.az xəbər verir ki, məşqçi bildirib ki, gündəlik minimum su norması 500 ml-dir: "Norma 1 kq üçün 30-40 ml-dir. Gündə nə qədər su içməli olduğunuzu müəyyən etmək üçün indiki çəkinizi 40 ml-yə vurun. Məsələn, çəkiniz 60 kq-dırsa,  60-ı vurun 40-a və 2 litr 400 ml alınacaq.

Mayenin 50%-ni sudan, 40%-ni qidadan alırıq, 10%-i isə yağların və karbohidratların oksidləşməsi nəticəsində əmələ gəlir".

"Yəni çəkim 60 kq olarsa, 1 litr 200 ml içməliyəm. Bu, adi su, qəhvə və ya süd və şəkərsiz çay ola bilər. Qalan 40 faizi isə qəbul etdiyiniz qidalardan gələcək, çünki yemək də ondan ibarətdir" - fitness məşqçisi qeyd etdi.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun