Qidalanma
Gündə neçə fincan qəhvə içmək olar?
Qidalanma
230

Gündə neçə fincan qəhvə içmək olar?

Gündə neçə fincan qəhvə içmək olar?

Xroniki xəstəliyi olmayan şəxs gündə dörd fincana qədər qəhvə içə bilər.

E-saglam.az xəbər verir ki, bu barədə “Veçernyaya Moskva”ya diyetoloq Yelena Solomatina danışıb.

Diyetoloq bildirib ki, içkidən sui-istifadə etməsəniz və gündə dörd stəkandan çox içməsəniz, o sizə enerji verəcək, maddələr mübadiləsini və metabolik prosesləri yaxşılaşdıracaq:

“Kofeinin köməyi ilə siz zövq hormonu dofamin əldə edə və orqanizmi degenerativ xəstəliklərdən qoruya bilərsiniz. Eyni zamanda kofein sağlam insanlar üçün nisbətən təhlükəsiz olsa da, ürək, qalxanvari vəzi, qaraciyər və sinir sistemi xəstəlikləri olan xəstələr üçün əks göstərişdir. Həmçinin depressiya və digər psixi pozğunluqlarınız varsa kofe içməməlisiniz”.

Diyetoloq qeyd edib ki, 50 yaşdan sonra kofeinə qarşı dözümsüzlük yarana bilər:

“Bu vəziyyətdə insanlar həddindən artıq dozada olduğu kimi eyni simptomları yaşayırlar: artan narahatlıq, sürətli ürək döyüntüsü, ürəkbulanma, baş ağrısı və başgicəllənmə”. /Yeniavaz.com 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun