Sağlamlıq
Gündəlik təhlükəsiz smartfondan istifadə limiti
Sağlamlıq
206

Gündəlik təhlükəsiz smartfondan istifadə limiti açıqlanıb

Neyrobioloq TJ Power hesab edir ki, telefondan sağlamlığınıza və psixikanıza zərər vermədən istifadə etməlisiniz.

E-saglam.az xəbər verir ki, o, HuffPost ilə söhbətində bu qacetdən istifadə üçün təhlükəsiz gündəlik normanın adını çəkdi.

Alim qeyd edib ki, smartfondan uzun müddət istifadə etdikdə beyin dofaminlə həddən artıq yüklənir. Onun fikrincə, zaman keçdikcə bu, motivasiyanı, diqqəti, hətta sevinc hissini sönükləşdirir. "Şəxsən mən telefonda gündə üç saatdan çox olmamağa çalışıram və bu qaydaya ciddi əməl edirəm", - dedi Power.

O vurğulayıb ki, bu norma hər kəsə mütləq uyğun gəlmir. Neyrobioloqun fikrincə, ekran vaxtını saymaqla məşğul olmağın mənası yoxdur. Bunun əvəzinə bir insan smartfonun istifadəsinin onlara nə verdiyini anlamağa çalışması daha yaxşıdır.

"Ekran enerji sorursa, diqqəti oğurlayırsa və ya real əlaqəni əvəz edirsə, nəyisə dəyişmək lazımdır", - deyə məsləhət görüb.

Power əlavə edib ki, smartfonun həddindən artıq dozası uşaqlarda, yeniyetmələrdə və gənclərdə daha aydın müşahidə olunur. Onlarda özünə hörmət problemləri yaranır, sosial bacarıqları və öyrənmə qabiliyyətləri pisləşir. Onun sözlərinə görə, böyüklər daha az həssasdırlar, lakin onlar da vaxtilə həzz aldıqları şeylərə maraq itkisi, əsəbilik və başqaları ilə ünsiyyətdə problemlər hiss edə bilərlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun