Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində hamiləliyin təbii doğuşla sonuclanması ödənişsiz şəkildə, yəni icbari tibbi sığorta hesabına həyata keçirilir.
E-saglam.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilir ki, tibbi xidmətlərdən hamilə qadınların yaralanması məqsədilə hamiləliyin nəzarəti aparılan tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra tərtib edilən mübadilə vərəqələri təqdim edilir:
"Hamilə qadının seçimi də nəzərə alınmaqla doğuşun təşkili və ya icrası ixtisaslı tibb müəssisəsinə yönləndirilir. İcbari tibbi sığorta çərçivəsində hamilə qadınlara doğuşaqədər tibbi xidmətlər və nəzarət, həmçinin patronaj xidməti ilkin səhiyyə xidmətinə uyğun olaraq həkim-mama ginekoloqlar tərəfindən həyata keçirilir. Tibbi göstəriş olduğu halda qeysəriyyə əməliyyatı da icbari tibbi sığorta çərçivəsində icra olunur".
"Bundan əlavə, hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfinə uyğun olaraq təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz əsaslarla yararlana bilər", - deyə məlumatda qeyd olunur.