Diabet xəstələrinin hamilə qalmazdan bir neçə ay əvvəl müalicə olunması mütləqdir.
E-saglam.az xəbər verir ki, Dr. Sevda Novruzovanın sözlərinə görə, şəkərli diabetli qadınlar hamiləlik planlaşdırılması zamanı bir neçə ay qabaqdan insulinə keçməlidirlər.
Əgər diabet hamiləlik zamanı ortaya çıxarsa, bu zaman hamilə qadına xüsusi qida rejimi təyin olunur. 1-2 həftə müddətində qanda şəkərin miqdarını tənzimləmək mümkün olmazsa, kiçik dozada insulin müalicəsinə başlamaq lazımdır.
- Hamiləlik zamanı qlikozilləşmiş hemoqlobin 10 faizdən böyük olarsa döl anomaliyaları ola bilər.
- Hamiləliyin ilk 28 günü ərzində yaxşı idarə olunmayan qan şəkəri sinir borusu deffektinə səbəb ola bilər.
Hamiləlik zamanı insulin müalicəsi almaq həm ananın, həm də uşağın xilas olmasına səbəb olur.
İnsulinə başlanılan hamilələr, evdə şəxsi qan şəkəri ölçümlərini yoxlayaraq özlərini nəzarət altında saxlamalıdırlar. İnsulin, adətən gündə 4 dəfə tətbiq olunur.
Hamiləlikdən öncə müalicəyə başlanılmaqla qanda şəkərin miqdarı normal səviyyədə saxlanılır. Beləliklə, xəstəliyin hamiləliyə heç bir təsiri olmaz.
Diabetli hamiləliklərdə müalicəyə həkimin qərarı ilə başlanılır və sizin üçün ən uyğun metod tövsiyə edilir.
Müalicədə, qısa və orta təsirli insulinlər seçilə bilər.
Plasentadan keçdikləri üçün oral antidiyabetikləri hamiləlikdə istifadə etmirik.
Könül Oruc