Tibbi xəbərlər
Hansı içki və qidaların dərmanlarla
Tibbi xəbərlər
26

Hansı içki və qidaların dərmanlarla uyğun gəlmədiyi açıqlanıb

Klinik farmakoloq Mariya Kostyleva bildirib ki, dərmanların təsiri onların hansı qida və içkilərlə qəbul olunmasından birbaşa asılı ola bilər. Onun sözlərinə görə, bu amil müalicənin effektivliyinə ciddi təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis vurğulayır ki, tabletləri ən yaxşı halda adi su ilə qəbul etmək lazımdır. Çay və qəhvə tərkibindəki taninlər səbəbilə bəzi dərmanların, xüsusilə də dəmir tərkibli preparatların sorulmasını azalda bilər.

Mariya Kostyleva qeyd edir ki, bəzi antibiotiklər qəbul edilərkən süd məhsulları və kalsium əlavələri də dərmanların təsirini zəiflədə bilər. Bu məhsullar dərmanlarla kompleks əmələ gətirərək onların orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirir.

Həkim həmçinin bildirir ki, bəzi hallarda dərmanlar arasında və qida ilə qəbul arasında vaxt fərqi saxlamaq vacibdir. Məsələn, çay və qəhvədən sonra dərman qəbul etməzdən əvvəl bir neçə saat gözləmək tövsiyə olunur.

Mütəxəssis əlavə edir ki, müəyyən dərman qrupları, o cümlədən qan durulaşdırıcılar qəbul edilərkən K vitamini ilə zəngin qidaların həddindən artıq istifadəsi də müalicə effektini azalda bilər. Buna görə dərmanlar yalnız həkim göstərişinə uyğun və düzgün qaydada qəbul edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun