Kardioloq Brett A. Silave bildirib ki, zeytun ürək sağlamlığını dəstəkləyən faydalı qidalar arasında yer alır. Onun sözlərinə görə, bu məhsulun tərkibində olan sağlam yağlar orqanizm üçün mühüm rol oynayır.
E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, zeytunda olan olein turşusu xolesterin balansına müsbət təsir göstərə bilər. Bu maddə “pis” LDL xolesterinin azalmasına, “yaxşı” HDL xolesterinin isə artmasına dəstək ola bilər.
Brett A. Silave vurğulayır ki, zeytun eyni zamanda orqanizmdə iltihab proseslərinin azalmasına kömək edə bilən antioksidantlarla zəngindir. Bu da ürək-damar xəstəlikləri riskinin azaldılmasında mühüm faktor hesab olunur.
Kardioloq əlavə edir ki, zeytun tərkibində lif, dəmir və mis kimi vacib mikroelementlər də mövcuddur. Bu maddələr ümumi ürək sağlamlığını və immun sisteminin normal fəaliyyətini dəstəkləyə bilər.
Tərcümə: Könül Oruc