Tibbi xəbərlər
Həkim məşhur antidepresantın diqqət çəkən
Tibbi xəbərlər
46

Həkim məşhur antidepresantın diqqət çəkən yan təsirini açıqlayıb

Psixoloq Nikita Amin məşhur antidepresantlardan biri olan sertralinin dayandırılmasından sonra yaranan yan təsirlər barədə danışıb. Onun sözlərinə görə, bəzi insanlarda bu mərhələdə daha canlı və intensiv yuxular müşahidə oluna bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis izah edir ki, sertralin serotonin səviyyəsinə təsir edərək yuxu prosesini tənzimləyir. Dərman qəbul edilərkən yuxular daha zəif və az xatırlanan ola bilər. Lakin doza azaldıldıqda və ya dərman dayandırıldıqda REM yuxusu yenidən aktivləşir və bu da yuxuların daha real və emosional olmasına səbəb olur.

Nikita Amin bildirir ki, bu dəyişikliklər beynin kimyəvi balansını bərpa etməyə çalışması ilə bağlıdır. Serotonin və digər neyrotransmitterlərin səviyyəsindəki dəyişikliklər bu prosesdə əsas rol oynayır.

Mütəxəssis qeyd edir ki, canlı yuxular adətən dərman dayandırıldıqdan sonra ilk 1–2 həftədə daha güclü olur və əksər hallarda 3–6 həftə ərzində tədricən azalır. Bu səbəbdən antidepresantların dayandırılması yalnız həkim nəzarəti ilə aparılmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun