Testosteron əsas kişi cinsi hormonlarından biridir. O, libidodan məsuldur və bir insanın həyat keyfiyyətinə birbaşa təsir edən bədəndə bir çox biokimyəvi prosesləri tənzimləyir.
E-saglam.az xəbər verir ki, bu hormonun aşağı səviyyələri piylənməyə, depressiyaya, şəkərli diabetin inkişafına və sağlam həyat tərzi sürməklə və düzgün qidalanmaqla qarşısı alına biləcək digər sağlamlıq problemlərinə səbəb olur.
Bəs hansı qidalar kişilərdə testosteron istehsalını azaldır?
1. Həddindən artıq duz
Duzun yüksək miqdarda qəbulu damar elastikliyini azaldır, qan təzyiqini artırır və ereksiyaya mənfi təsir göstərir. Gündə maksimum 5–7 qram duz tövsiyə olunur. Duzlu qidalara güclü həvəs isə natrium çatışmazlığından xəbər verə bilər.
2. Şəkər və şirin içkilər
Şəkər insulinin ifrazını artıraraq testosteron istehsalını ləngidir. Artıq çəki və tip 2 diabet riskini də yüksəldir. Gündə maksimum 6 çay qaşığı şəkər qəbul edilməlidir. Piy toxuması testosteronu estrogenə çevirdiyi üçün artıq çəki hormon balansını pozur.
3. Fast food
Burger, kartof qızartması və digər fast food məhsulları tərkibindəki trans yağlar, duz və şəkərlə testosteron səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Tədqiqatlara görə, bu cür yeməklərdən sonra hormon səviyyəsi 4 saat ərzində 25%-ə qədər düşə bilər.
4. Pivə
Pivə tərkibindəki fitoestrogenlər və etanol səbəbindən testosteronun "düşməni" sayılır. Həm hormon sintezini pozur, həm də qadın tipli piylənməyə yol açır.
5. Kolbasa və hisə verilmiş ətlər
Bu məhsullarda duz və siqaretləmə prosesində yaranan toksinlər testosteron istehsalını zəiflədir. Süni qatqılar testis toxumasına zərər verə bilər.
Bəs testosteronu dəstəkləyən qidalar hansılardır?
Zülal mənbələri: Mal əti, yağlı balıq, karides, yumurta ağı
Sağlam yağlar: Zeytun yağı, avokado, qoz-fındıq (testosteron xolesteroldan sintez olunur)
Minerallar: Maqnezium və sinklə zəngin ispanaq, yaşıl salatlar
Lif və anti-estrogen təsiri: Brokoli, ağ kələm
Hərəkətli həyat tərzi: Mütəmadi fiziki aktivlik, normal yuxu və stresdən uzaq durmaq da testosteronun qorunmasında əsas amillərdir.
Tərcümə: Könül Oruc