Xəstəliklər
Hansı sayda ürək döyüntüsü təhlükəlidir? – Anestezioloq
Xəstəliklər
497

Hansı sayda ürək döyüntüsü təhlükəlidir? – Anestezioloq

Dəqiqədə 110-120 dəfə ürək vurğusu insan üçün təhlükəli hədd hesab olunur.

E-saglam.az medicina.az-a istinadla xəbər verir ki, bu barədə anestezioloq Gennadiy Mışkov bildirib.

Ürək vurğuları içində ən təhlükəli hədd bradikardiyada 38-43 vurğudur, aritmiyada isə 110-120 vurğudur. Onlar ürək üçün çox təhlükəlidir.

Bradikardiya zamanı koronar qan dövranı azalır, qanın ötürülməsi pozulur.

Bu sayda döyüntü zamanı kardioloqa müraciət etmək lazımdır.

Paroksizmal sinus taxikardiyasında isə 120ə qalxan vurğu sonra 140-a qədər yüksəlir. Bu zaman ürək oksigen aclığı hiss edir və yüklənir.

Bu hallarda beta blokatorlar qəbul etmək lazımdır.

Sinus taxikardiyasının qarşısı alınmazsa kəskin ürək çatışmazlığı baş verə bilər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun