Xəstəliklər
Hava limanı yaxınlığında yaşamaq insanlarda bu xəstəliklərin
Xəstəliklər
593

Hava limanı yaxınlığında yaşamaq insanlarda bu xəstəliklərin inkişafını artırır - ALİMLƏR

Hava limanları yaxınlığında yaşamaq insanda diabet, demans və ya yüksək qan təzyiqi kimi xəstəliklərin inkişaf ehtimalını artırır.

E-saglam.az bu barədə “Politico” nəşrinə istinadən məlumat verir.

Qeyd edilir ki, "Alimlər sağlamlığa təsirini incə hissəciklər və reaktiv yanacaq elementləri ilə əlaqələndirirlər".

Ümumilikdə 51,5 milyon insanda 280 min yüksək təzyiq, 330 min şəkərli diabet epizodu və 18 min demans sindromu müşahidə edilir. Bu, ultra incə hissəciklərin emissiyası ilə əlaqədardır. Onlar hava limanları ətrafında bir neçə on kilometr məsafədə sıx konsentrasiyalarda havada olurlar.

Ümumdünya Səhiyyə Təşkilatının 15 il əvvəl ultra incə hissəciklərin insanlara mümkün zərərləri barədə xəbərdarlıq etməsinə baxmayaraq, onların emissiyaları hazırda heç bir şəkildə tənzimlənmir.

Ən çox çirklənmiş və insanlar üçün təhlükəli olan Avropa şəhərlərinin siyahısına Paris, Amsterdam, Frankfurt, London və Madrid daxildir.(Aztibb.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun