Tibbi xəbərlər
Tibbi xəbərlər
323

Həftəsonu ictimai nəqliyyat işləsin, faciə olmayacaq - Həkimdən açıqlamalar - VİDEO

Həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə icazə verilsə, yoluxma sayı bir qədər arta bilər, amma bunun dəhşətli faciəyə səbəb olacağına inanmıram.

E-saglam.az  verir ki, bunu ARB-24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

“Yoluxma sayında faciə olmasına təsir edən məqam insanların şəxsi intizamından daha çox asılıdır, nəyinki ictimai nəqliyyatın işləməyindən. Əgər ictimai nəqliyyatın fəaliyyətinə icazə verilsə, qaydalara riayət ediləcəksə, niyə işləməsin? Düzdür, şənbə-bazar günlərində sıxlıq çox olur və bu, virusun yoluxdurma faktorlarından biridir. Amma yoluxma artsa da, bugünkü gün üçün yaranmış vəziyyəti kritik səviyyəyə çatdırmayacaq”, - o bildirib

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun