Sağlamlıq
Həkim 100 yaşa qədər yaşamağa kömək edən bir içki açıqlayıb -
Sağlamlıq
398

Həkim 100 yaşa qədər yaşamağa kömək edən bir içki açıqlayıb - Ancaq səhərlər içmək lazımdır

İspan kardioloqu Aurelio Roxas səhər qəhvəsini uzunömürlü içki adlandırıb.

E-saglam.az xəbər verir ki, həkim öz açıqlamasını qəhvənin orqanizmə müsbət təsirini təsdiqləyən genişmiqyaslı araşdırmanın nəticələri ilə dəstəkləyib.

ABŞ-ın Tulane Universitetinin Piylənmə Araşdırma Mərkəzinin alimləri müntəzəm olaraq qəhvə içən 20 000 könüllünün məlumatlarını öyrəniblər. Məlum oldu ki, səhərlər gündəlik qəhvə istehlakı eksperiment iştirakçılarının vaxtından əvvəl ölüm riskini 16%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 30% azaldıb.

Aurelio Rojas aydınlaşdırdı ki, əsas rolu qəhvədən istifadə vaxtı oynayır: yalnız səhər içkisi sağlamlıq üçün əsl fayda gətirir. Günortadan sonra bir içki, əksinə, hormonal tarazlığa mənfi təsir göstərə bilər və bədənin bioloji saatını pozaraq yuxusuzluğa səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun