Qidalanma
Həkim ağ çörəyi daha sağlam etməyin
Qidalanma
431

Həkim ağ çörəyi daha sağlam etməyin unikal yolunu açıqladı

Sadə bir hiylə ağ çörəyi daha qidalı və daha sağlam alternativə çevirə bilər.

E-saglam.az xəbər verir ki, Böyük Britaniyadan olan həkim Karan Rajan tərəfindən unikal layf-hack paylaşılıb.

Həkim çörəyi dondurmağı, əritməyi və sonra qızartmağı məsləhət gördü. O izah etdi ki, bu, bir dilimin glisemik indeksini yarıya endirə bilər.

Bütün bunlar daha çox retrograd nişasta əmələ gəldiyi üçün baş verir. Retrograd nişasta bağırsaq sağlamlığı üçün faydalı olan davamlı nişasta formasıdır, çünki daha çox lif kimi fəaliyyət göstərir.

Glisemik indeks (GI) karbohidratların qan şəkəri səviyyələrinə nə qədər tez təsir etdiyini təsvir etmək üçün istifadə olunan bir termindir. Aşağı GI olan qidalar şəkəri yavaş-yavaş qana buraxaraq, sizi daha uzun müddət tox hiss edir. Yüksək GI qidaları (şəkər və ağ çörək) ilə zəngin pəhrizlər diabet və piylənmə riskinin artması ilə əlaqələndirilir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun