Xəstəliklər
Həkim: "Diş qıcama və ağızdan su gəlməsi sırf qurd xəstəliyindən əziyyət çəkmənin simptomları deyil"
Xəstəliklər
277

Həkim: "Diş qıcama və ağızdan su gəlməsi sırf qurd xəstəliyindən əziyyət çəkmənin simptomları deyil"

“Diş qıcama və ağızdan su gəlməsi sırf qurd xəstəliyindən əziyyət çəkmənin simptomları deyil. Hər qurd növünə görə simptomlar fərqlənir”.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

Onun sözlərinə görə, qurd xəstəliyindən əziyyət çəkən uşaqlarda həmin iki şikayət digər xəstəliklərin göstəricisi ola bilər: “Diş qıcama nevroloji ola bilər. Diş qıcama və ağızdan su gəlməsi qurd xəstəliyi ilə ciddi bağlı deyil. Qurd xəstəliyinin əlamətləri ilə yanaşı diş qıcama, gecələr uşaqların ağzından su axması olsa o zaman qurd əleyhinə analiz vermək məsləhətdir”.

O qeyd edib ki, hər qurd xəstəliyi ilə bağlı şikayətlər fərqlidir: “Bəzən qurd xəstəliyi ilə bağlı simptomlar özünü çox da büruzə vermir. Enterobioz növdə arxa nahiyənin qaşınması, əsəbilik, yuxunun pozulması, bəzi uşaqlarda gün ərzində halsızlıq olur. Askarid qurd növü ağciyərlə əlaqəli olduğundan öskürək, asmaya bənzər xışıltılı öskürək, bəzən çəki azlığı, inkişafdan geri qalma, qarın ağrıları, qurd yumaq şəklində olanda cərrahi problemlərə də səbəb ola bilər”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun