Sağlamlıq
Həkim günəş eynəyi seçərkən bu vacib detala
Sağlamlıq
151

Həkim günəş eynəyi seçərkən bu vacib detala diqqət yetirməyə çağırdı

Oftalmoloq Anna Molina xəbərdarlıq edir ki, günəş eynəyi seçərkən yalnız görünüşə və markaya əsaslanmaq təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, "Vanitatis"ə verdiyi açıqlamada o bildirib ki, uyğun olmayan eynəklər görmə problemlərinə yol aça bilər.

Molina deyib ki, eynəyin şüşələrinin tünd olması, onun gözləri qoruduğu anlamına gəlmir. Əsas diqqət yetirilməli məqam ultrabənövşəyi (UV) filtrlə təchiz olunub-olunmamasıdır. Əgər məhsulun üzərində UV qoruma səviyyəsi göstərilməyibsə, mütləq satıcıdan bu barədə soruşmaq tövsiyə olunur.

Mütəxəssis əlavə edib ki, UV filtri olmayan günəş eynəkləri xüsusilə təhlükəlidir. Çünki bu cür eynəklər taxıldıqda göz bəbəkləri genişlənir və ultrabənövşəyi şüalar birbaşa gözün içinə nüfuz edir. Bu isə görmə qabiliyyətinə uzunmüddətli zərər vura bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun