Tibbi xəbərlər
Həkim: "Talassemiya xəstələri vaksin vurdura bilər"
Tibbi xəbərlər
314

Həkim: "Talassemiya xəstələri vaksin vurdura bilər"

"Talassemiya xəstələrinin sağlam insanlara nisbətən immun sistemləri daha zədəli olduğu üçün COVID-19 pandemiyası dövründə mümkün qədər özlərini təcrid etmələri tövsiyə olunur".

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Şəhla Şabanova deyib.

Onun sözlərinə görə, zəif immun sisteminə sahib olduqlarına görə COVID-19 onlar üçün həyati təhlükə daşıya bilir: "Bu səbəbdən də onların vaksinasiyadan keçmələri məsləhət görülür. Hazırda mövcud COVID-19 pandemiya dövründə davamlı qan ehtiyacı olan talassemiya xəstələri üçün dövlət proqramı çərçivəsində qan köçürmənin periferik rayonlarda təşkili təmin olunur.

Pandemiya dövrü ilə əlaqədar qan bağışlama - qan donorluğu üçün müraciət nisbətən azalır, lakin talassemiya xəstələri üçün qan davamlı tələbat olduğuna görə qan bağışlamaq həyat qurtarır devizi ilə tez-tez aksiyalar təşkil edilir".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun