Tibbi xəbərlər
Həkimlər sinəsinə armatur batan fəhləni
Tibbi xəbərlər
181

Həkimlər sinəsinə armatur batan fəhləni xilas etdilər

Dağıstanda həkimlər qəhrəmanlıq göstəriblər.

Hündürlükdən yıxılan 24 yaşlı inşaat işçisinin sinəsinə armatur batıb. Lakin o, xilas edilib.

E-saglam.az xəbər verir ki, bu barədə Rusiyanın regional Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hadisə Dərbənd şəhərinin Tabasaran rayonunda tikintidə baş verib: "Kişi tikinti işləri zamanı hündürlükdən yıxılıb və döş qəfəsindən armaturla deşilmiş yara alıb. Metal çubuq sinədən içəri keçərək daxili orqanları zədələyib".

Həkimlər armaturu xüsusi cihazla mişarlayıb və zərərçəkmişi xəstəxanaya çatdırıblar. Cərrahlar isə təcili əməliyyat keçiriblər.  "İnşaat işçisinin döş qəfəsi geniş açılıb, qanaxma dayanıb, zədələnmiş orqanlar isə bərpa edilib. Həkimlər yaraları uğurla müalicə ediblər", - məlumatda qeyd olunub.

İqtisadiyyat.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun