Xəstəliklər
Hemangioma nədir?
Xəstəliklər
480

Hemangioma nədir?

Bu xəstəliyin digər adı damar xalıdır. Olduqca sıx rastlanılan problemdir. Hemangioma – qaraciyərdən qaynaqlanan xoşxassəli şişlərin yaranmasıdır.

Hemangioma ən çox kimlərdə görünür?

Qadınlarda kişilərlə müqayisədə 6 qat daha çox müşahidə edilir.

Ən çox ayaqlarda, başda, qolda, boyunda və üz nahiyyəsində daha çox görülən bir xəstəlikdir.

Qaraciyər hemangioma xəstəliyi nədir?

Digər adı hepatik hemangiomadır. Bu ad qaraciyərdə yaranan xoşxassəli  damar şişlərinə verilən addır.

Bəs xəstəliyin əlamətləri nədir?

 - Az yesə də mədədə toxluq hissi
 - Yüksək qızdırma
 - Qarnın üst bölgəsində şiddətli ağrı
 - Qusma
 - Anemiya  - qansızlıq
 - Bulanma
 - Zəifləmə
 - İştahsızlıq

Bu xəstəlik müalicəyə ehtiyac olmadan öz-özlüyündən yaxşılaşır. Bir çox hemangiomaya nəzarət xaricində müalicəyə ehtiyac olmur. Ancaq bəzi təhlükəli formaları da mövcuddur. Belə hallarda mütləq həkim müalicə etməlidir.

Xüsusilə də üz nahiyyəsində keçməyən hemangiomalara dərhal  həkim müdaxiləsi vacibdir./hekimtap.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun