Tibbi xəbərlər
Hindistanda uşaqlara koronavirusa qarşı peyvənd vurulacaq
Tibbi xəbərlər
101

Hindistanda uşaqlara koronavirusa qarşı peyvənd vurulacaq

Hindistanda bu ilin sentyabr ayından uşaqların koronavirusa qarşı vaksinasiyasına başlanılacaq.

Bütün Hindistan Tibb Elmləri İnstitutunun rəhbəri Randip Quleria bu barədə NDTV kanalının efirində deyib.

Onun sözlərinə görə, Hindistanın dərman şirkəti “Zydus Cadila” artıq sınaq mərhələsini keçib və təcili icazə gözləyir. “Bharat Biotech” isə COVAXIN-nin uşaqlarda istifadəsi üçün test mərhələsini avqust və ya sentyabra qədər bitməlidir.

Quleria qeyd edib ki, hər iki şirkət sentyabra qədər uşaqların vaksinasiyası üçün istifadə icazəsi ala bilər./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun